Emil Mpenza ABŞ və Hindistan klublarının transfer siyahısında!

Emil Mpenza ABŞ və Hindistan klublarının transfer siyahısında!
Bir neçə il bundan əvvəl böyük səs-küy ilə Bakının "Neftçi" futbol klubuna transfer olunan, amma keçən ilin sonlarında baş məşqçi ilə yaranan problemi ucbatından və əsas heyətdə yerini itirdiyinə görə "Ağ qaralar"ın transferə çıxartdıqları belçikalı futbolçu Emil Mpenza, sən demə Hindistan klublarının maraq dairəsindədir. Mətbuat iddia edir ki, bəzi Fransa klubları ilə yanaşı, eyni zamanda 34 yaşlı hücumçuni heyətində görmək istəyən ABŞ və Hindistan klubları da mövcuddur. E.Mpenzanı hansısa kluba satmağa çalışan "Neftçi" isə hələ də real transfer təklifləri gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə