Yanvarın 30-dan fevralın 4-dək Bakıda çimərlik futbolu üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, millimiz fevralın 5-13-də Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq Grand-Prix "Winter" OBSL-2012 beynəlxalq turnirdə iştirak edəcək. Millinin Bakıda keçiriləcək toplanışına Emin Kürdov, Namiq İsgəndərov, Elvin Quliyev, Ramil Əliyev, Elşən Hüseynov, Orxan Məmmədov, Nahid Mehrəliyev, Comərd Baxşəliyev, Ramin Quliyev, Zeynal Zeynalov, Əbdül Əliyev, Əli Hüseynov, Elçin Qasımov, Asif Zeynalov və Hikmət Bağırov dəvət olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB