“Fənərbaxça” canlı əfsanəsini itirdi!

“Fənərbaxça” canlı əfsanəsini itirdi!
İstanbulun "Fənərbaxça" futbol klubunun canlı əfsanəsi həyata vəda edib. Siasport.az saytı xəbər verir ki, dünən axşam 87 yaşında həyata gözlərini bağlayan Lefter Küçükandonyadis üçün bu gün Saracoğlu Stadionunda mərasim keçiriləcək. Xatırladaq ki, Fənərbaxça klubunun əfsanəvi futbolçusu, "akademik" ləqəbli Lefter Küçükandonyadis sətələcm diaqnozu ilə qaldırıldığı xəstəxanada həyata dünən axşam gözlərini yumdu. Siasport.az saytının türk xəbər saytlarına istinadən verdiyi xəbərə görə, Böyükadada dəfn ediləcək Fənərbaxça klubunun əfsanəvi futbolçusu, həmin adada 1925-ci ildə dünyaya göz açmışdı. İlk futbol karyerasına da Böyükadada başlamışdı. Məlumat üçün bildirək ki, Türkiyə Futbol Federasiyasının "Qızıl Şərəf" medalını taxan ilk futbolçu olan Lefterin heykəli "Fənərbaxça" tarixinin ən əhəmiyyətli adı olaraq 2009-cu ildə Kuşdili Parkına qoyulmuşdu. "Ver Lefterə, yaz dəftərə" şüarı onun üçün çıxmışdı. Türk futbolunda 50-ci milli matç qızıl medalını əldə edən ilk futbolçu kimi tarixə düşüb. Milli komandanın geydiyi forması ilə vurduğu 21 qolla 33 il müddətində ən çox qol vuran milli oyunçu adını əldə tutub. Lefter karyerası boyunca 832 qol vuraraq rekord qırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə