BATE azərbaycanlı futbolçunun yalanını ifşa etdi!

BATE azərbaycanlı futbolçunun yalanını ifşa etdi!
Daha bir azərbaycanlı futbolçunun hansısa xarici futbol klubuna transfer olunacağı ilə bağlı xəbər ifşa olundu. Siasport.az saytı xəbər verir ki, Belarusun BATE klubu Azərbaycan millisinin futbolçusu Əfran İsmayılovun transferi ilə bağlı şaiyələrə münasibət bildirib. Borisov təmsilçisinin rəsmi internet saytı "Qarabağ"ın yarımmüdafiəçisinin keçidi ilə bağlı xəbərləri ağ yalan adlandırıb: "Komandamızın Əfran İsmayılova olan marağı ilə bağlı dərc olunan və sonra yayılan informasiyalardan çaş-baş qalmışıq. Daha çox isə futbolçunun və agentinin sözləri təəccüb doğurdu ki, guya, biz tərəfdən ona maraq var.Rəsmən və tam məsuliyyətlə bəyan edirik: Əfran İsmayılov heç vaxt BATE-nin maraq dairəsinə daxil olmayıb."

Bütün xəbərlər Facebook səhifəmizdə