“Fənərbaxça”nın əfsanəvi futbolçusu komaya düşdü

“Fənərbaxça”nın əfsanəvi futbolçusu komaya düşdü
"Fənərbaxça" Klubunun əfsanəvi futbolçularından Lefter Kucukandonyadis sətəlcəmlə əlaqədar olaraq komaya düşüb. Siasport.az saytı xəbər verir ki, L. Kucukandonyadis narahatlığı səbəbindən "Amerikan Hospitalı"na aparılıb. "Fənərbaxça"nın rəsmi saytının yaydığı açıqlamaya əsasən, sətəlcəm diaqnozu qoyulan əfsanəvi futbolçu, xəstəxananın reanimasiya şöbəsində müalicə almaq üçün nəzarət altına alınınb. Klubun rəsmi saytında yerləşdirilən məlumatda, həmçinin bu sözlər də yer alır: "Fənərbaxça Futbol Klubu və Türk idmanının əfsanəvi adı Lefter Kucukandonyisə klubumuz, idarə heyətimiz və bütün rəhbərlik adından şəfa diləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə