"Yuventus" qələbə qazandı, gənc futbolçusu meydanı xərəkdə tərk etdi!
İtaliya A Seriyasında keçirilən "Yuventus" "Lecce" qarşılaşması, daha bir ulduz futbolçunun sıradan çıxması ilə yadda qalıb. Siasport.az saytı xəbər verir ki, "qoca sinyora"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada, "Yuventus"un gənc futbolçusu Fabio Quagliarella oyunun 23-cü dəqiqəsində ciddi zədə alaraq meydanı xərəkdə tərk edib. Klubun rəsmi saytında futbolçunun bu həftə ərzində əməliyyat olunacağı bildirilsə də, onun nə zaman yaşıl meydanlara qayıdacağı barədə heç bir açıqlama verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB