"Real" “Qaranada”nı darmadağın etdi, "Barselona" səfərdə iki xal itirdi!

"Real" “Qaranada”nı darmadağın etdi, "Barselona" səfərdə iki xal itirdi!
Xəbər verdiyimiz kimi, İspaniya La Liqasında XVII tura dünən keçirilən qarşılaşmalarla yekun vurulub. Siasport.az saytı xəbər verir ki, bu turda keçirilən qarşılaşmalarda ən böyük hesablı nəticə Madrid "Real"ının "Qaranada"nı 5:1 hesabı ilə darmadağın etməsidir. Zəif rəqibini rüsvay edən və ona "futbol dərsi" keçən kral klubu, liderliyini bir az da möhkəmləndirib.
Ən maraqlısı odur ki, "Real"ın əzəli rəqibi "Barselona" səfər qarşılaşmasında qızıl kimi qiymətli iki xal itirməli olub. Xosep Qvardiolanın komandası Kataloniya derbisində "Espanyol"un müqavimətini qıra bilməyib. Bir başqa qarşılaşmada isə "Vilyareal" və "Valensiya" 2:2 hesablı nəticə ilə barışmalı olublar. Keçirilən qarşılaşmaları və qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:
"Santander" - "Saraqosa" - 1:0
"Real" (Sosyedad) - "Osasuna" - 0:0
"Levante" - "Malyorka" - 0:0
"Real" (Madrid) - "Qranada" - 5:1
"Malaqa" - "Atletiko" (Madrid) - 0:0
"Rayo Vallekano" - "Sevilya" - 2:1
"Hetafe" - "Atletik" (Bilbao) - 0:0
"Vilyareal" - "Valensiya" - 2:2
"Betis" - "Sportinq" (Xixon) - 2:0
"Espanyol" - "Barselona" - 1:1

Bütün xəbərlər Facebook səhifəmizdə