Məsut Özil Joze Maurinyo ilə aralarındakı gərginliyə münasibət bildirdi!

Məsut Özil Joze Maurinyo ilə aralarındakı gərginliyə münasibət bildirdi!
Uzun müddətdir ki, Madridin "Real" futbol klubunun türk əsilli futbolçusu Məsut Özil ilə baş məşqçi Joze Maurinyo arasında gərginliyin yarandığı barədə məlumatlar dünya idman nəşrlərində qızğın müzakirəyə çevrilmişdi. Siasport.az saytı xəbər verir ki, bu cür müzakirələrə daha çox J.Maurinyonun M.Özili "Real"ın əsas ilk on birliyindən kənarda saxlaması və son qarşılaşmalarda ona şans verməməsi səbəb olmuşdu.

Amma türk əsilli futbolçu gəzən söz-söhbətləri qəti şəkildə təkzib edərək bildirib ki, portuqaliyalı futbol mütəxəssisi komandada onlar üçün ata əvəzi, böyük qardaş kimidir. Türkiyənin "NTV Spor" televiziya proqramında canlı yayımda sualları cavablandıran "Real"ın ulduz futbolçusu, J.Maurinyonun kral klubundakı digər türk futbolçulara da diqqətlə yanaşdığını, aralarında heç bir problemin yaşanmadığını bildirib: "Biz onunla əla münasibətlərdəyik. Aramızda heç bir problem ola bilməz. Əsas heyətdə nə zaman yer verilərsə, sevə-sevə çıxıb oynayacam. Əksinə olarsa da, buna sayğı ilə yanaşacam"-deyə ulduz futbolçu fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə