Həmyerlilərimiz Murmanskda keçirilən turnirdən uğurla qayıdıblar

Həmyerlilərimiz Murmanskda keçirilən turnirdən uğurla qayıdıblar
Murmanskda kikboksinq üzrə açıq şəhər turniri keçirilib. Siasport.az saytı xəbər verir ki, turnirdə həmyerlilərimiz də iştirak ediblər. Murmanskın ilk meri Oleq Naydenovun xatirəsinə həsr edilmiş turnir doqquzuncu dəfə keçirib. Həmkarlar ittifaqlarının Mərkəzi stadionunun idman sarayının rinqinə murmansklılarla yanaşı, həm də müxtəlif şəhər və qəsəbələrdən olan gənc və yaşlı idmançılar – cəmi 84 döyüşçü çıxıblar. Maraqlıdır ki, ən balaca iştirakçının yeddi yaşı yenicə tamam olub. 1998-1999-cu il təvəllüdlü yeniyetmələrin yarışında qaliblər arasında həmyerlilərimiz – Murmanskdan Zamiq Ağayev (54 kiloqramadək) və Kola qəsəbəsindən Ataş Yusibov da (60 kiloqramadək) olub.

Bütün xəbərlər Facebook səhifəmizdə