"Anji" Quss Hiddinqə ilinə neçə milyon avro təklif edir?

"Anji" Quss Hiddinqə ilinə neçə milyon avro təklif edir?
Futbol üzrə Türkiyə millisini gələn il keçiriləcək Avropa çempionatının final mərhələsinə çıxara bilməyən Quss Hiddinq, deyəsən Rusiyaya üz tutmaqda israrlıdır. Siasport.az saytı xəbər verir ki, hollandiyalı məşhur futbol mütəxəssisi, son bir ildə heyətini dünyanın ulduz futbolçuları ilə gücləndirən "Anji" futbol klubu ilə müqavilə imzalamağa çox yaxındır. Belə ki, verilən məlumatlara əsasən, hollandiyalı mütəxəssislə 3 illik müqavilə imzalamaq istəyən Mahaçqala klubu, Q.Hiddinqə ilinə 8 milyon avroya qədər məvacib təklif edir.

Bütün xəbərlər Facebook səhifəmizdə