İtaliyanın "Yuventus" futbol klubu, İstanbulun "Qalatasaray" klubuna icarəyə verdiyi braziliyalı futbolçusu Felipo Melonu əldən çıxartdığına görə min dəfə peşmandır. Siasport.az saytı xəbər verir ki, "qoca sinyora", gəldiyi gündən İstanbul nəhəngində əla futbol performansı ilə diqqətləri öz üzərinə çəkən F.Melonu yenidən heyətinə qatmaq üçün hərəkətə keçib.
Xüsusi ilə son qarşılaşmalarda meydanda möhtəşəm futbol texnikası nümayiş etdirən braziliyalı forvard, artıq baş məşqçi Fatih Terimin vazkeçilməz futbolçularından birinə çevrilib.
Maraqlısı budur ki, keçmiş klubunun onu geri qaytarmaq istəyinə braziliyalı futbolçu ciddi etiraz edib. Türkiyənin "Miliyyet" qəzeti yazır ki, braziliyalı futbolçu özünü "Qalatasaray"da xoşbəxt hiss etdiyini, heç vaxt "Yuventus"a geri qayıtmaq niyyətində olmadığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB