Türkiyə Superliqasının növbəti turu çərçivəsində dünən keçirilən "Qalatasaray"-"Trabzonspor" qarşılaşması, İstanbul nəhənginin qələbəsi ilə başa çatıb. Siasport.az saytı xəbər verir ki, bu qarşılaşmadan əvvəlli son turda "Türk Telekom Arena"da əzəli rəqibi olan "Fənərbaxça"nı 3:1 hesdabı ilə darmadağın edən və gün keçdikcə olduqca mükəmməl oyun sisteminə sahib olan "cim bom", olduqca ağır keçəcəyi deyilən bu səfər oyununda "qara dəniz fırtınası"na da yerini göstərdi. Qarşılaşmaya olduqca istəkli başlayan İstanbul nəhəngi, rəqib meydanında əzmkar və usta oyun sistemi nümayiş etdirərək, cəmi bir neçə gün bundan əvvəl UEFA Çempionlar Liqasında Fransa "Lill"ini xalsız qoyaraq avrokuboklardan uzaqlaşdıran "Trabzonspor"u Elmander, keçmiş "Trabzonspor"lu Səlçuq Ünal və Ceyhunun qolları ilə 3:0 hesablı qələbə qazanaraq meydandan qalib ayrılıb. "Aslan", bu qələbə sayəsində xallarının sayını 31-ə çatdıraraq Türkiyə Superliqasının vahid liderinə çevrilib. "Böyükşehir Belediyyespor" qarşısında 1:1 hesablı nəticə göstərən "Beşiktaş" isə 28 xala sahibdir. Eyni xala sahib olan "Fənərbaxça"nın "Şükrü Saracoğlu" stadionunda qarşılaşacağı "Bursaspor"la oyunda xal itirəcəyi təqdirdə, "Qalatasaray" vahid liderliyini davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB