Neymar Peleni pərt etdi: "Messi dünyanın ən yaxşı futbolçusudur!"

Neymar Peleni pərt etdi: "Messi dünyanın ən yaxşı futbolçusudur!"
Dünya futbolunun braziliyalı əfsanəsi sayılan Pelenin tərifini göylərə qaldırdığı 19 yaşlı braziliyalı Neymar, məşhur yerlisini pərt edən açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, Braziliyalı Pelenin, onun haqqında "O Messidən daha bacarıqlı və texnikalı futbolçudur" dediyi Neymar, Klublararası Dünya Çempionatında iştirak etmək üçün gəldiyi Yaponiyada bir sıra açıqlamalar verərək Leonel Messinin dünyanın ən yaxşı futbolçusu olduğunu dilə gətirib.
19 yaşlı braziliyalı gənc futbol ulduzu bildirib ki, o hər zaman L.Messinin dünyanın ən yaxşı futbolçusu olduğunu bəyan edib. Belə görünür ki, Neymar, bütün ümidlərini ona bağlayan, ən əsası isə onu L,Messidən uca tutan Pelenin əksinə hərəkət edir və tezliklə onun qəzəbinə düçar olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə