Dmitri Sosnovski dünyanın ən yaxşı məşqçısı seçilib

Dmitri Sosnovski dünyanın ən yaxşı məşqçısı seçilib
2011-11-30 06:23:00 Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) boks üzrə Ukrayna yığmasının baş məşqçisi Dmitri Sosnovskiyə 2011-ci ildə dünyanın ən yaxşı məşqçisi adını verib. Siasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Ukrinform agentliyi yayıb. Xatırladaq ki, Dmitri Sosnovski 30 ildir ki, məşqçiliklə məşğul olur. Bu müddət ərzində o, beş beynəlxalq dərəcəli idman ustası və iki əməkdar idman ustası hazırlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə