Güləş üzrə Azərbaycan millisi Qusarda təlim-məşq toplanışında iştirak edəcək

Güləş üzrə Azərbaycan millisi Qusarda təlim-məşq toplanışında iştirak edəcək
Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına və beynəlxalq yarışlara hazırlaşan böyüklərdən ibarət yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandası Qusar Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında iştirak edəcək. Siasport.az saytı xəbər verir ki, toplanışda 8 çəki dərəcəsi üzrə 23 idmançı məşqçilər -Saleh Bora, Şaban Donat, Mutalib Yerliqaya və Turac Hüseynovun rəhbərliyi altında məşq edəcək. Güləşçilərimizin təlim-məşq toplanışı dekabrın 18-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə