Dünən qadın voleybolçulardan ibarət komandalar arasında CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarının 2011/2012-ci il mövsümündə Bakının "İqtisadçı" klubu ilk oyununu keçirərək qələbə qazanıb. Siasport.az saytı xəbər verir ki, Bakı İdman Sarayında turnirin onaltıda bir final mərhələsi çərçivəsində "İqtisadçı" Rumıniyanın "Dinamo Romprest" komandasını qəbul edib. Türkiyəli ədalət təmsilçisi olan İlhami Senyurtun idarə etdiyi görüş 3:0 (25:16, 25:21, 25:10) hesabı ilə "İqtisadçı"nın xeyrinə başa çatıb. Komandalar arasındakı cavab görüşü isə dekabrın 7-də Rumıniyanın paytaxtı Buxarest şəhərində oynanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB