"AS": " Reyes yenidən "Qalatasaray"ın transfer hədəfindədir!"

"AS": " Reyes yenidən "Qalatasaray"ın transfer hədəfindədir!"
İstanbulun "Qalatasaray" futbol klubu, keçən mövsüm heç cürə rənglərinə bağlaya bilmədiyi "Atletiko Madrid"li Reyes üçün yenidən hərəkətə keçib. Siasport.az saytı xəbər verir ki, "cim bom" rəhbərliyinin Madrid təmsilçisində heç də yaxşı günlər yaşamadığı ulduz futbolçunun türk klubuna transfer olunacağını, İspaniyanın məşhur idman nəşri olan "AS" yazıb. İspaniya qəzeti yazır ki, "Qalatasaray" rəhbərliyi, "Atletiko Madrid" klubundakı həmkarları ilə artıq elə indidən təmasa keçiblər. Qəzetin iddiasına görə, Baş məşqçi Georgi Monzano ilə olduqca gərgin münasibətlərdə olan ulduz futbolçunu, əlavə gərginlik yaratmadan və klubda daxili nizam-intizam qaydalarını sual altına qoymadan "əldən çıxarmağı" düşünən Madrid klubunun rəhbərliyi də, "Qalatasaray"ın transfer təklifinə müsbət yanaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə