Braziliya futbolunun canlı əfsanəsi Pele, deyəsən argentinalıların "əzrayılı" olmağa söz verib. Siasport.az saytı xəbər verir ki, daima canlı futbol ulduzu Diyeqo Maradona ilə ixtilafda olan braziliyalı futbol əfsanəsi, indi də "Barselona"nın argentinalı ulduz futbolçusu Leonel Messiyə "ilişir". Pele Messinin dünyanın ən yaxşısı olması üçün Argentina millisində də uğur qazanmasının vacibliyini önə çəkib: "Ən yaxşı futbolçu dünya çempionatlarında da özünü sübut etməlidir. Məsələn, Messinin "Barselona"dakı oyununu izləyin. Həqiqətən də mükəmməl çıxış edir. Ancaq onun Argentina millisində tam fərqli oyununun şahidi oluruq. Messinin dünyanın ən yaxşı futbolçusu olması üçün milli komanda səviyyəsində də uğuru olmalıdır. Zinəddin Zidan Fransa yığması ilə 1998-ci ildə dünya çempionu oldu və 15 il müddətində yüksək səviyyəli oyun göstərdi. Hesab edirəm ki, Zidan Messidən daha universal futbolçudur. Səviyyəli futbolçu mütləq dünya çempionluğu yaşamalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB