Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Azərbaycan Qılıncoynatma Federasiyasının idman salonunda gənclər arasında qılıncoynatma üzrə Bakı şəhər birinciliyi keçirilib. Siasport.az saytı xəbər verir ki, birincilikdə 4 idman cəmiyyətini təmsil edən 59 idmançı (onlardan 27 nəfəri qız) mübarizə aparıb.
Yarışda qalib gələn idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB