Qurban Qurbanov: "Biz son dövrlərdə belə asan qollar buraxmamışdıq"-AÇIQLAMA

Qurban Qurbanov: "Biz son dövrlərdə belə asan qollar buraxmamışdıq"-AÇIQLAMA
"Oyun çox gözəl keçdi. Biz son dövrlərdə belə asan qollar buraxmamışdıq. "Qarabağ"ın müdafiəsində belə boşluqlara yol verildiyini görməmişdim". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Neftçi" ilə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Baş məşqçi "Neftçi"nin qələbəyə layiq olduğunu bildirib: "Neftçi"ni alqışlayıram. Onlar qələbəyə layiq idi". Qurbanov səhvlərdən nəticə çıxaracaqlarını deyib: "Bu səhvləri analiz edəcəyik ki, qarşıdakı "Bakı" ilə oyunda təkrarlamayaq".

Bütün xəbərlər Facebook səhifəmizdə