Böyükağa Hacıyev qələbəni Sadıq Sadıqova və Ceyhun Əzizliyə həsr etdi

Böyükağa Hacıyev qələbəni Sadıq Sadıqova və Ceyhun Əzizliyə həsr etdi
"Neftçi"nin prezidenti Sadıq Sadıqov Həcc ziyarətinə gedir. Siasport.az saytı xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Böyükağa Hacıyev məlumat verib. Baş məşqçi bildirib ki, "Qarabağ" üzərində qələbəni həm Sadıq Sadıqova, həm də sabah doğum gününü qeyd edəcək "UltraNeftçi" fan-klubunun rəhbəri Ceyhun Əzizliyə həsr ediblər: "Klubumuzun prezidenti Sadıq Sadıqov Həcc ziyarətinə yollanır. Ziyarətinin qəbul olunmasını arzulayırıq. Ceyhun Əzizlinin isə doğum günüdü. Onu təbrik edir, uğurlar arzulayırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə