Universal döyüş üzrə dünya çempionatı keçiriləcək

Universal döyüş üzrə dünya çempionatı keçiriləcək
Noyabrın əvvəlində Moskvada keçiriləcək universal döyüş üzrə dünya çempionatında 40-dan çox ölkənin nümayəndələri iştirak edəcəklər. Siasport.az saytı xəbər verir ki, dünya birinciliyində 250-dən çox idmançı, o cümlədən Azərbaycan döyüşçüləri iştirak edəcəklər. Onların 200-ü universal döyüş, 50-60 döyüşçü isə 3-9 metr məsafəyə bıçaqatma yarışlarında iştirak edəcək. Həmçinin layt-kontakt (yüngül universal döyüş) nominasiyasının qalibləri müəyyən olunacaq. Əvvəlcə idmançılar maneələr zolağından keçəcək, sonra rinqdə mübarizə aparacaqlar.
Layt-kontakt yarışları noyabrın 2-3-də keçiriləcək, noyabrın 4-5-də isə full-kontakt yarışlarının qalibləri müəyyən olunacaq. Burada idmançılar icazə verilmiş bütün zərbə texnikasından, o cümlədən ağrıverici və boğucu fəndlərdən istifadə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə