İstanbulun "Fənərbaxça" futbol klubunun seneqallı forvardı Dia, ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq. Siasport.az saytı xəbər verir ki, Türkiyə Superliqası çərçivəsində "Sükrü Saracoğlu"da "Samsunspor"la keçirilən son qarşılaşmada zədə alan Dianın, həkimlərin müayinəsindən sonra komandasına uzun müddət köməklik edə bilməyəcəyi müəyyənləşib. Sözsüz ki, "Beşiktaş"la derbi qarşılaşması ərəfəsində bu itki "Fənərbaxça" üçün böyük problemdir. Amma təkcə bu derbi deyil, qarşıdakı həftələrdə keçiriləcək kritik qarşılaşmalarda da Dianın İstanbul klubuna kömək edə bilməyəcəyini nəzərə alsaq, bunun İstanbul klubu üçün ciddi problemlər yaradacağı şübhəsizdir. Qapıçı Volkan Dəmirəlin də zədəli olduğunu nəzərə alsaq, baş məşqçi Aykut Kocamanın ciddi seçim qarşısında qaldığını təsəvvür etmək çətin deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB