İlin axırınadək cüdo üzrə Azərbaycan yığmasının üç xarici səfəri gözlənilir. Siasport.az saytı xəbər verir ki, komanda oktyabrın 30-da Malaqaya təlim-məşq toplanışlarına yola düşəcək, sonra Amsterdamda Qran-pri yarışlarında iştirak edəcək. Yarışlara son akkordu dekabrda Tokioda "Böyük dəbilqə" turniri vuracaq.
Yığmanın baş məşqçisi Ağayar Axundzadə bu yaxınlarda keçirilmiş Əbu-Dəbi turnirinin nəticələrindən bütövlükdə razı qaldığını bildirib. Turnirdə Ramilə Yusubova (63 kq) gümüş medal, Elnur Məmmədli 90 kq-dək çəki dərəcəsində bürünc medal qazanıb. Artıq Londona yola düşəcək idmançıların siyahısı genişlənməkdədir. Lakin əgər hələ ilin əvvəlində E.Məmmədlinin (81 kq) və Elxan Məmmədovun Londona vəsiqə alacaqlarına şübhə yox idisə, bu mövsümdə İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq) də özlərini yaxşı göstərib, oyunlarda iştiraklarını təmin ediblər. Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq), habelə dördüncü onluqda qərarlaşan Elmar Qasımov (100 kq) da öz mövqelərini möhkəmləndirməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB