Danildo Assioli: "Xəzər-Lənkəran”ı çox da irəliyə buraxmamaq lazımdır"-MÜSAHİBƏ
"İnter"in braziliyalı müdafiəçisi Danildo Assioli klubun rəsmi saytına müsahibəsində "Qəbələ" ilə bağlı oyun haqqında fikirlərini bildirib. Siasport.az saytı futbolçunun müsahibəsini nəzərinizə çatdırır:
-Bu oyun bizim üçün çox vacibdir. Biz yaxşı surət götürmüşük, iki lideri məğlub edərək mövqelərimizi gücləndirmişik. İndi bizə bu üstünlüyü qorumaq və "Xəzər-Lənkəran"ı çox da irəliyə buraxmamaq lazımdır. Bizi çox çətin oyun gözləyir və "Qəbələ"ni məğlub etmək üçün maksimum çalışmalıyıq.-Çox güman ki, "Qəbələ"nin tipik ingilis futbolu sərgiləyən oyun tərzilə tanışsan...
-Bəli, biz rəqibin oyununu diqqətlə öyrənmişik. "Qəbələ" uzun ötürmələrlə oynamağı xoşlayır, onlar standart vəziyyətləri təhlükəli yerinə yetirirlər, xüsusilə də aut atışları uğurlu alınır. Buna görə də, bütün oyun ərzində diqqqətli olmalıyıq. -Bundan başqa, bu matçı iki məşqçi-Kaxaber Tsxadadze ilə Toni Adamsın qarşılaşması da adlandırmaq olar... -Bəli, fikrimcə, hər ikisi Azərbaycanda fəaliyyət göstərən ən yüksək səviyyəli məşqçilərdəndir. Düşünürəm ki, hər iki məşqçi diqqətlə bir-birilərini öyrəniblər. Zənnimcə, bu qarşılaşmanın qalibi daha az səhv buraxan tərəf olacaq. -Matçla bağlı proqnoz verə bilərsən? -Biz meydana yalnız qələbə üçün çıxacağıq. Bunu bizdən turnir cədvəli tələb edir. "İnter" bu oyuna yaxşı hazırlaşıb, bizə isə düşünənləri həyata keçirmək və baş məşqçinin tapşırıqlarını düzgün şəkildə yerinə yetirmək lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB