"Real" şəhid olan 21 türk əsgərinə görə "Malaqa" ilə qarşılaşmaya qara sargıda çıxacaq!

"Real" şəhid olan 21 türk əsgərinə görə "Malaqa" ilə qarşılaşmaya qara sargıda çıxacaq!
"PKK" terror təşkilatı tərəfindən 21 türk əsgərinin qətlə yetirilməsi, artıq futbol dünyasında da ciddi rezonansa səbəb olub. Siasport.az saytı xəbər verir ki, dünən UEFA Avropa Liqasında Kiyev "Dinamo"su ilə keçirilən qarşılaşmada meydana qara sarğı ilə çıxmaq istəyən "Beşiktaş"ın müraciətinə UEFA veto qoyub. Amma bundan fəqrli olaraq, İspaniyanın "Real" futbol klubu, ulduz futbolçusu Məsut Özilin təklifi ilə "Malaqa" ilə qarşılaşmaya qara sarğı ilə çıxacaq. Belə ki, M.Özilin təklifinə müsbət cavab verən kral klubunun ulduz futbolçuları və portuqaliyalı baş məşqçi Joze Maurinyo, terroru lənətləndiklərini, şəhid olan əsgərlərin ailələrinə və yaxınlarına başsağlığı verdiklərini bildirblər.

Bütün xəbərlər Facebook səhifəmizdə