İstanbulun "Qalatasaray" futbol klubunun çexiyalı forvardı Milan Baroşun, dünənki "Qalatasaray"-"Bursaspor" qarşılaşmasının 83-cü dəqiqədə meydana çıxandan 4 dəqiqə sonra vurduğu qol, bu futbolçunun komandası üçün çox önəmli olduğunu bir daha nümayiş etdirdi. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun vitse-prezidenti Ali Koç da M.Baroşun bundan sonra da "Qalatasaray"da qalacağını jurnalistlərə verdiyi açıqlamada dilə gətirmişdi. Komandanın baş məşqçisi Fatih Terim isə bu gün yaydığı açıqlamada M.Baroşun "Qalatasaray" üçün çox önəmli bir oyunçu olduğunu, son günlərdə isə çexiyalı futbolçunu transfer etmək istəyən komandaların sayının çoxaldığını bildirib: "O, milli komandadan çox yorğun və bir az da sıxıntılı dönmüşdü. Hamımız ona dəstək olduq və onu inandırdıq ki, öz gücünü və potensialını hamıya sübut etmək üçün qarşıdakı oyunlara yaxşı hazırlaşmalıdır. Belə də oldu. Son günlər onu transfer etmək istəyən xarici klubların sayı çoxalmışdı. Amma şəxsən mən onun satılmasına qarşı çıxdım və bu addımımda nə qədər doğru olduğumu də dünənki qarşılaşmada bir daha əmin oldum"-deyə 57 yaşlı futbol mütəxəssisi fikirni tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB