Ali Koç: "Milan Baroş "Qalatasaray"da qalacaq!"

Ali Koç: "Milan Baroş "Qalatasaray"da qalacaq!"
İstanbulun "Qalatasaray" futbol klubunun vitse-prezidenti Ali Koç, çexiyalı futbolçu Milan Baroşun transferi ilə bağlı çıxan xəbərlərə aydınlıq gətirib. Siasport.az saytı xəbər verir ki, dünən "Türk Telekom Arena"da "Bursaspor"la keçirilən kritik qarşılaşmanın 83-cü dəqiqəsində meydana çıxaraq, 4 dəqiqə sonra hesabı "Qalatasaray"ın hesabına dəyişən futbolçunun, Səudiyyə Ərəbistanı və Qətər klublarına satılması barədə Türkiyə mətbuatı ardıcıl yazılar dərc etməyə başlamışdı. İstanbul klubunun vitse-prezidenti isə TRT-nin "Stadyum" proqramına müsahibəsində, bütün bunların ancaq şayiə olduğunu, baş məşqçi Fatih Terimin də M.Baroşdan razı qaldığını və onun "Qalatasaray" üçün önəmli futbolçu olduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə