Avstriya millisi Berti Foqtsu və \"futbolçularını\" sabun köpüyünə çevirdi!

Avstriya millisi Berti Foqtsu və \"futbolçularını\" sabun köpüyünə çevirdi!
Bu da fiasko!
Neçə günlərdir ki, Berti Foqtsun və onun yetirmələrinin \"qəhrəmanlığı\" barədə deyilən nağıllar, dünən nəhayət ki, sabun köpüyünə çevrildi... Azərbaycan yığması AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində dünən qarşılaşdığı futbol üzrə Avstriya millisinə rüsvayçı şəkildə,- 1:4 hesabı ilə uduzub, B.Foqtsu və onun \"futbolçularını\" qəhrəman elan edənlərə elə özlərinin acınacaqlı məğlubiyyətləri ilə tutarlı cavab verdilər. Saq olun \"uşaqlar\"!
Səfərdə keçirilən oyunda rəqibinə 0:3 hesabı ilə uduzan komandamız, bu məğlubiyyəti unutdurmaq niyyətində idi. Amma əvəzində hər şey biyabırçılıqla qurtardı. Belçika və Qazaxıstanla görüşlərdən 4 xalla ayrılan yığmamızın heç nəyə qadir olmadığı bir daha təsdiq olundu. "Dalğa Arena" stadionunda keçirilən qarşılaşmada rəqib Mark Yanko, İvanşıç və Zlatko Yunuzoviçin qolları ilə qələbəni təmin edib. Azərbaycan millisi isə Vüqar Nadirovun vurduğu qolla ancaq və ancaq təsəlli tapmağa çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə