Atletiko Madrid"in idman direktoru: "Arda Turan tam bir lider futbolçudur"

Atletiko Madrid"in idman direktoru: "Arda Turan tam bir lider futbolçudur"
İspaniyanın "Atletiko Madrid" futbol klubunun idman direktoru Joze Luis Perez Kaminero, "Telemadrid" televiziyasında çıxışı zamanı, Madrid təmsilçisinin yeni transferləri barədə danışıb. Siasport.az saytı xəbər verir ki, "Atletiko Madrid"in idman direktoru, komandasının yeni transferləri barədə danışarkən, İstanbulun "Qalatasaray" futbol klubundan transfer olunan Arda Turanın tam bir lider futbolçu olduğunu, komandanın oyun qurucusuna çevrildiyini və əla ötürmələrlə hücumçulara dəstək olduğunu dilə gətirib.
İdman direktoru, gülərüz siması ilə istər meydanda, istərsə də təlim-məşq zamanı futbolçuların psixoloji durumlarının yaxşılaşmasında onun böyük pay sahibi olduğunu, türkiyəli futbolçunun tezliklə komandanın ən əsas üzvlərindən birinə çevriləcəyini də deməyi yaddan çıxarmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə