Dörd boksçumuz dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb
Bakıda Heydər Əliyev adına İdman-Konsert Kopmleksində boks üzrə XVI dünya çempionatının yeddinci günü başa çatıb. Siasport.az sdaytı xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan boksçular arasında rinqə çıxan Azərbaycan təmsilçisi Elvin Məmişzadə ispaniyalı rəqibi Françisko Torrijos üzərində 21:15 hesabı ilə qələbə qazanıb.
64 kq-da mübarizə aparanlar arasında isə Azərbaycan boksçusu Heybətulla Hacıəliyev özünün növbəti qələbəsini qazanıb. H.Hacıəliyev gürcüstanlı Koba Pxakadzeni 18:15 hesabı ilə məğlub edib.
81 kiloqram çəki dərəcəsində çıxış edən boksçular arasında Azərbaycan idmançılarından növbəti qələbəni Ramil Əliyev qazanıb. O, türkmənistanlı Rəsul Yuldaşevi 23:6 hesabı ilə məğlubiyyətə uğradıb.
91 kq-dan yuxarı çəki dərəcəsində isə Maqomedrasul Məcidov Özbəkistandan olan rəqibi Sardor Abdullayevi nokautla məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB