Londonun "Arsenal" futbol klubunda yeni transferlərin fəallığı və komandaya lazımı qələbələrin qazanılmasında kömək etmələri, rəhbərliyi sevindirməyə bilməz. Siasport.az saytı xəbər verir ki, "topçular"ın İstanbulun "Fənərbaxça" futbol klubundan transfer etdikləri braziliyalı Andre Santos isə, əməlli başlı baş məşqçi Arsen Vengerin "gözünə girməyi" bacarıb. Belə ki, son qarşıalşmalarda klubun hücumçularını məhsuldar ötürmələrlə təmin edən, UEFA Çempionlar Liqasının "Olimpiakos"la keçirilən son qarşılaşmasında isə rəqib qapısına yol taparaq "Arsenal"ın qələbəsində pay sahibi olan A.Santos, artıq A. Vengerin vazkeçilməzləri sırasındadır. İngilis mətbuiatının yazdığına görə, fransız baş məşqçi A.Santosu qarşıdakı turlarda da ilk 11-liyin əsas üzvü kimi meydana buraxmağı düşünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB