AFFA İntizam Komitəsindən Elvin Əliyevin döyülməsinin araşdırılmasını istəyib

AFFA İntizam Komitəsindən Elvin Əliyevin döyülməsinin araşdırılmasını istəyib
Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində sentyabrın 23-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş "Neftçi" - "Bakı" oyunundan sonra baş vermiş insidentlə bağlı AFFA tərəfindən İntizam Komitəsinə məktub ünvanlanıb. Siasport.az saytı xəbər verir ki, məktubda "Bakı" FK-nın futbolçusu Elvin Əliyevin fiziki təzyiqə məruz qalması ilə nəticələnən hadisənin araşdırılması və AFFA-ya məlumat verilməsi xahiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə