Caner Sayak: “Biz bir millət, iki dövlətik”-AÇIQLAMA

Caner Sayak: “Biz bir millət, iki dövlətik”-AÇIQLAMA

Türkiyə milli komandasının 81 kq çəki dərəcəsindəki təmsilçisi Caner Sayak dünya çempionatına uğurla davam edir. Siasport.az saytı xəbər verir ki, o, gərgin mübarizə şəraitində keçən döyüşdə Tayland boksçusu Krinqkai Sukkhumu 19:10 hesabı ilə məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb. Türkiyə milli komandasının kapitanı olan boksçu Bakının onun üçün doğma şəhər olduğunu bildirib: "Azərbaycanda heç bir çətinlik hiss etmirik. Çünki özümüzü evimizdəki kimi hiss edirik. Biz bir millət, iki dövlətik. İnanıram ki, burada da azarkeşlər bizi Türkiyədəki kimi dəstəkləyəcəklər".

Sayak ilk növbədə Olimpiadaya lisenziya haqda düşündüyünü deyib: "İlk hədəfim Bakıdaca London Olimpiadasına vəsiqə qazanmaqdır. Bundan sonra isə artıq medal haqda da düşünmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə