"Xəzər Lənkəran"ın 450-ci qolu-STATİSTİKA

"Xəzər Lənkəran"ın 450-ci qolu-STATİSTİKA
Adrian Pit "Xəzər Lənkəran"ın tarixinə düşüb. Siasport.az saytı xəbər verir ki, rumıniyalı legioner 7 yaşlı klubun tarixinə 450-ci yubiley qolun müəllifi kimi adını yazdırıb. Adrian Premyer Liqanın VI turunun "Qarabağ"la qarşılaşmasında yeganə qolun müəllifi olmaqla həm komandasına 3 xal qazandırıb, həm də yubileyin səbəbkarı olub.

"Xəzər Lənkəran" bu 450 qoldan 325-ni çempionatda, 105-ni kubokda, 7-ni avrokuboklarda, 13-nü Birlik kubokunda vurub. 450 qol üçün komandaya 272 oyun kifayət edib.

"Xəzər Lənkəran"ın tarixi qolları

1 2 3 4 5 6 7 8

1 Çöri İlir (Albaniya) çempionat Turan s 1:1 07.08.2004 26

50 Oqtay Dərəlioğlu çempionat MOİK s 1:0 12.04.2005 40-p

(Türkiyə)

100 Xaqani Məmmədov çempionat Olimpik e 1:0 12.02.2006 78

150 Vüqar Nadirov Kubok,1/8 Bakılı e 4:0 20.11.2006 90+1

200 Zaur Ramazanov çempionat Masallı s 3:0 18.08.2007 88

250 Zaur Ramazanov Birlik kuboku, Paxtakor n 4:3 27.01.2008 43

final (Özbəkistan)

300 Klaudiu Radukanu Kubok,1/8 NBC (indiki e 3:0 30.10.2008 23

(Rumıniya) Muğan)

350 Mario Souza (Braziliya) Kubok, 1/8 Muğan e 3:0 04.11.2009 53

400 Uinston Parks çempionat Turan e 2:0 23.10.2010 7

(Kosta-Rika)

450 Adrian Pit (Rumıniya) çempionat Qarabağ s 1:0 17.09.2011 42

1 - yubiley qolu, 2 – müəllifi (legionerlər üçün vətəndaşlığı), 3 - turnir, 4 – rəqib, 5 - meydan, 6 – hesab, 7 – tarix, 8 - yubiley qolun dəqiqəsi.

Qeyd edək ki, 2004/05 mövsümünün çempionatına təsadüf edən "Şəfa" üzərində texniki qələbə (3:0), həmçinin 2005/06 mövsümünün kubokunda "MKT-Araz"la nəticəsi ləğv olunan oyunların top fərqində nəzərə alınmır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня