Almeyda ən azı 10 oyunda meydana çıxa bilməyəcək!

Almeyda ən azı 10 oyunda meydana çıxa bilməyəcək!

Dünən "Makkabi" ilə qarşılaşmada gözəl oyunu ilə hər kəsin alqışını qazanan "Beşiktaş"ın portuqaliyalı ulduz futbolçusu Almeyda, ən azı qarşıdakı 10 qarşılaşmada "qara qartal"ın köməyinə gələ bilməyəcək. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun portuqaliyalı futbol ulduzu dünənki qarşılaşmada ciddi olaraq zədələnib və İstanbul klubunun həkimləri portuqaliyalının sol ayaq topuğundan aldığı zədənin müalicəsinə başlayıblar. Bu isə o deməkdir ki, Almeyda ən azı "Fənərbaxça" ilə oynanılacaq derbidə və "Stok Siti" və "Dinamo Kiyev" ilə keçiriləcək UEFA Avropa Liqasının qarşılaşmalarında meydana çıxa bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə