Bu axşam UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Zaqrebdə "Dinamo" ilə qarşılaşacaq Madrid "Real"ında şok yerdəyişmə qeydə alınıb. Siasport.az saytı xəbərt verir ki, kral klubunun portuqaliyalı baş məşqçisi Joze Maurinyo zədəsini yenicə sağaldaraq heyətə qayıdan braziliyalı Kakanı ilk 11-liyə daxil etməyib.
Çempionlar Liqasının ilk qrup qarşılaşmasında nisbətən zəif rəqibi üzərində böyük hesablı qələbə qazanmaq üçün həvəsələnən "Real"da, Kakanın heyətdən kənarlaşdırılması İspaniya mətbuatında da ciddi müzakirələrə səbəb olub. Nüfuzlu idman qəzeti olan "AS" yazır ki, J.Maurinyonun bu addımı Kakanın zədəsini hələ tam sağaltmaması ilə bağlı deyil. Qəzetin iddiasına görə portuqaliyalı məşqçi, ümumiyyətlə Kakanın "Real"ın heyətindən uzaqlaşdırılması siyasəti aparır və braziliyalı futbolçu, sözün əsl mənasında J.Maurinyonun "qara siyahısına" düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB