"Qarabağ" klubu iki ev oyununu Bakıda keçirəcək

"Qarabağ" klubu iki ev oyununu Bakıda keçirəcək

"Qarabağ" futbol klubu ev oyunlarının keçirilmə yeri kimi Ağdamın Quzanlı qəsəbəsində yerləşən İdman Olimpiya Kompleksinin stadionunu əsas və Bakı şəhərinin Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunu ehtiyat stadion kimi göstərmişdi. Siasport.az saytı xəbər verir ki, hazırda Quzanlı qəsəbə stadionunun meydançasının ot örtüyündə bərpa işləri aparıldığından və klubun 07 sentyabr 2011-ci il tarixli Peşəkar Futbol Liqasına (PFL) ünvanladığı müraciət məktubuna əsaslanaraq, PFL prezidenti Ramin Musayevin əmri ilə Azərbaycan Premyer Liqasının VI turunun "Qarabağ" - "Xəzər Lənkəran" oyunu 17 sentyabr 2011-ci il və VIII turun "Qarabağ" - "Turan" oyunu 30 sentyabr 2011-ci il tarixində Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə