201 saylı məktəbin futbol meydançasında Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş və "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Nizami rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda ümumilikdə 12 komanda tərkibində 120 nəfər idmançı iştirak edib.
Yarışların nəticələrinə görə I yeri "Vətən" komandası, II yeri "Azəri" komandası, III yeri "Nizami" komandası tutub.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və kubokla təltif edilib, həmçinin məktəbə torlar və toplar hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB