Mişel Platini Türkiyə-Almaniya oyununa baxmaq üçün İstanbula gəlir
UEFA prezidenti Mişel Platini gələn ay Türkiyəyə gələcək. Siasport.az saytı xəbər verir ki, Avropa ali futbol qurumunun rəhbərinin İstanbula səfəri, daha çox AVRO-2012 çərçivəsində keçiriləcək Almaniya-Türkiyə qarşılaşmasını izləmək və Türkiyə futbolunun hazırkı durumu ilə bağlı Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərləri ilə birlikdə müzakirələr aparmaqdır.
Amma bu səfərdə daha çox oyun alqı-satqılarında ittiham olunaraq UEFA Çempionlar Liqasından uzaqlaşdırılan İstanbulun "Fənərbaxça" futbol klubunun hazırkı vəziyyəti də müzakirələrin ana xəttini təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB