Azərbaycan idmançıları budo döyüş növlərinin K-1 versiyası üzrə beynəlxalq turnirdə yarışacaqlar
Oktyabrın 1-də Moskvada budo döyüş növlərinin K-1 versiyası üzrə beynəlxalq turnir keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yarışda ölkəmizi Fəxrəddin İsgəndərov (57 kq), Elnur Dəryagir (62 kq), Arzu Babayev (70 kq), İbrahim Məmmədov (75 kq), Nicat Abdullayev (80 kq) və Röyal Abdullayev (90 kq) təmsil edəcəklər.
Yığma komandamız yarışda ABDNF-nin prezidenti Faiq Rəfiyevin rəhbərliyi altında mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB