İngiltərənin "Mançester Yunayted" futbol klubunun baş məşqçisi Ser Alex Fergusyon, bu il yenidən İngiltərə çempionu olmağın olduqca çətin və qəliz iş olduğunu açıqlayıb. Siasport.az saytı xəbər verir ki, ingilis jurnalistlərlə görüşən S.A.Fergusyon diqqətə çatdırıb ki, bu il "Liverpul", "Çelsi", "Arsenal" və "Tottenhem" kimi klublar İngiltərə çempionluğuna əsas namizədlərdir.
Xüsusi ilə "Liverpul"un olduqca gücləndiyini qeyd edən şotlandiyalı futbol mütəxəssisi bildirib ki, adlarını çəkdiyi digər futbol klubları da keçən ilki vəziyyətlə müqayisədə bu il olduqca güclü təsir bağışlayırlar. S.A Fergusyon diqqətə çatdırıb ki, "Mançester Yunayted"in bu il də çox asanlıqla İngiltərə çempionu olacağını düşünənlər yanılırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB