"Qarabağ"la keçirilən oyunlar "Borussiya"ya Bundesliqa çempionu olmasında böyük kömək olubmuş

"Qarabağ"la keçirilən oyunlar "Borussiya"ya Bundesliqa çempionu olmasında böyük kömək olubmuş
Məlum olduğu kimi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və əməkdaşı Anar Məmmədli Dortmund "Borussiya"sının düşərgəsinə yollanıb. Siasport.az saytı xəbər verir ki, "Pullmann" otelində yerləşən baş məşqçinin ilk görüşu "Borrusiya" Dortmund rəhbərliyi ilə səhər 11-də baş tutub. O, klub rəhbərliyinin əsas komandanın və akadamiyanın planları ilə tanış olduqdan sonra birbaşa akademiya ilə yerində tanış olmaq üçün qurumun və əsas komandanın yerləşdiyi idman kompleksinə yollanıb. Əsas komanda istirahətdə olduğu üçün ilk gündə Akademiyanın gənc komandaları (U-17 və U-11) ilə tanışlıq baş tutub. Baş məşqçi aşağı yaş qruppalarının infrastruktur, işləmə prinsipləri, istedadlı futbolçular və onların məşqçiləri ilə yaxından tanış olub. Akademiyanın özünə aid 8 meydançasında hər gün dayanmadan məşqlər keçirilir. Akademiya əsas komandanın bazasına cox yaxın yerləşir və onlar arasında mütamadi olaraq ünsiyyət yaradılır. Bu tanışığa akademiyanın direktoru Peter Vazinski və seleksioner-məşqçi Edin Terciz köməklik edib. Növbəti gün səhər saat 10-da əsas komandanın bazasına yaxınlaşanda artıq hərkəs azərbaycanlı qonaqların gələcəyini bilib. Qurban Qurbanovu görən kimi Azerbaycandan gələn qonaqları tanıyıblar. Görünən odur ki, bir il bundan əvvəl baş tutan play-off matçları yaddan hələ çıxmayıb. Həftənin ilk məşqi olduğundan futbolçular bazada olan idman zalında xüsusi məşqçilərin nəzarəti altında çalışırıblar. Bazaya ilk addım atdıqda "Borussiya"nın baş məşqçisi Jurgen Kloop şəxsən özü Qurban Qurbanovu köhnə dostu kimi qarşılayıb və baza ilə tanışlığa başlayıb. May ayından istifadəyə verilmiş baza 6 ulduzlu oteli xatırladır. Futbolçuların məşqi və istirahəti ən kiçik xırdalığına qədər düşünülüb. Əsas komandanın istifadə etdiyi 3 beynəlxalq standartara cavab verən meydançası ən xoş sözlərə layiqdir. Komanda oyundan öncə son məşqini də bu meydançada keçirib. "Qarabağ" və Azərbaycan haqqında xoş təəssuratlarını bildirən Klopp daha sonra Bakıdakı oyun haqqında danışıb. Xüsusilə, qeyd edib ki, "Qarabağ"la keçirilən oyunların komandasının Bundesliqa çempionu olmasında çox böyük köməyi olub. Mövsümün əvvəlində uğurlu başlanğıçın sonradan çempionata əla motivasiya veridiyini vurğulayıb. O, Qurban Qurbanovun "Qarabağ" və Azərbaycan futbolunda cox böyük işlər gördüyünü və bunun nəticəsinin artıq milli komandada ve Avropa liqasındakı nəticələrdə gözə çarpdığını bildirib.Mütəxəssis klubun və milli komandanın oyunlarını imkan tapdıqca seyr etdiyini bildirib. "Burgge" və Belcika millisiylə oyunlardan futbolumuz inkişaf etdiyini gördüyünü deyən mütəxəssis və yığma üçün Qurban Qurbanovun işinin nəticələrinin göründüyünü və "qarabağ"lı oyuncuların milliyə böyük fayda verdiyini ifadə edib. Klopp eyni zamanda futbolun inkişafı üçün infrastrurktur ve uşaq futbolunun tərəqqisinə daha cox sərmayə qoyulmasının vacibliyini vurğulayıb. Ulduz futbolçular olmadan, gənc ve perspektivli oyuncularla Bundesliqa çempionu olmağın mümkün olduğunu sübut edən Klopp bunu dünyanın hər yerində tətbiq etməyin mümkünlüyünü bildirib. Klopp Qurban Qurbanovla yenidən qarşılaşmasından məmnun olduğunu bildirib və onun iş prinsiplərini yüksək qiymətləndirib. Sonra çalışdırıcıların təkbtək 1.5 saat görüşü baş tutub. Texniki ve taktiki məsələlərin müzakirə olunduğu görüş iki klub arasında yeni bir dostluq münasibətlərinin yaranması ilə başa çatıb. Bundan sonra günün ikinci yarısı meydançada futbolcularla tanışlıq keçirilib və milli komandalarda 12 futbolcusu olan "Borrusiya" Dortmund əsas oyunçularla azlıqda 1,5 saat məşq keçib. Yağışlı hava altında 90 dəqiqə keçən məşq daha çox fiziki hazırlıq və 2 tərəfli oyunla yadda qalıb. "Borussiya" 6-cı gün "Herta" ilə keçiriləcək oyuna hazırlaşır. Sabah 15:30-da qapalı keçiriləcək məşq sadəcə Qurban Qurbanov üçün açıq olacaq. Baş məsqçisi üçün Dortmund klubu tərəfindən hər bir şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə