Hansı klub Frank Riberi üçün "Bavariya"ya 80 milyon avro təklif edib?

Hansı klub Frank Riberi üçün "Bavariya"ya 80 milyon avro təklif edib?

Almaniyanın "Bayern Münhen" futbol klubu fransız futbolçusu Frank Riberi üçün təklif olunan başgicəlləndirici transfer təklifini rədd edib. Siasport.az saytı xəbər verir ki, "pivəçilər"in baş meneceri Uli Honess almaniyalı həmkarlarımıza bildirib ki, adının açıqlanmasını istəmədiyi bir klub tərəfindən fransız futbolçu üçün 80 milyon avroluq transfer təklifi aldıqlarını, amma "Bayern Münhen"in F.Riberini satmaq istəməməsi ilə əlaqədar bu transfer təklifini rədd etdiklərini dilə gətirib. Alman klubunun meneceri jurnalistlərin israrına baxmayaraq transfer təklifinin sahibi olan həmin klubun adını açıqlamayıb. Almaniya mətbuatı isə belə hesab edir ki, bu klub çox güman ki, son vaxtlar ulduz futbolçuların transferlərinə milyonlar xərcələyən "Mançester Siti" ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə