Pino "Qalatasaray"dan ayrıldığı üçün üzgündür

Fatih Terimin heyətdə görmək istəmədiyi və bu yaxınlarda Səudiyyə Ərəbistanının "Al Nassr" futbol klubuna təxminən 500 min dollara 1 illik icarəyə verilən Pablo Pino, "Qalatasaray"dan ayrıldığı üçün çox kədərləndiyini, amma yenidən "Qalatasaray"a dönmək və F.Terimin inamını qazanmaq üçün var gücü ilə çalışmaq istədiyini dilə gətirib.
Siasport.az saytı xəbər verir ki, "Qalatasaray"ın böyük bir futbol klubu olduğunu deyən P.Pino diqqətə çatdırıb ki, burada böyük rəqabətin də olması təbii sayılmalıdır. Kolumbiyalı futbolçu bundan sonra yeganə seçiminin də məhz "Qalatasaray" olacağını dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə