Tərlan Quliyev: "Əsas heyətdə yer almaq üçün məşqlərdə səylə çalışıram"-AÇIQLAMA
"Neftçi" PFK-nın müdafiəçisi Tərlan Quliyev açıqlama verib. Siasport.az saytı xəbər verir ki, gənc futbolçu əsas heyətə düşmək üçün məşqlərdə səylə çalışdığını deyib: "Son oyunda "Sumqayıt Şəhər" üzərində 4:0 hesablı qələbə qazandıq. Bu, çox lazımlı qələbə idi. Bunun nəticəsində 2 oyundan sonra maksimum xal toplamışıq. Komandada əhval-ruhiyyə çox yaxşıdır. AZAL-la oyuna da istəkli hazırlaşırıq. Təbii ki, bu il də çempionluq uğrunda mübarizə aparırıq. Var gücümüzlə çalışırıq ki, çempionluq titulunu qoruyaq. Baş məşqçi Böyükağa Hacıyevin rəhbərliyi altında keçirilən məşqlərimiz də buna köklənib. Özümə gəlincə, əsas heyətdə yer almaq üçün məşqlərdə səylə çalışıram" - deyə Quliyev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB