Nderim Nedzipi Azərbaycanı niyə təcili tərk etdi?

Nderim Nedzipi Azərbaycanı niyə təcili tərk etdi?

"Qarabağ" klubu bu gün tam heyətlə yığışır. Siapsort.az saytı xəbər verir ki, "Kəpəz"lə oyundan sonra 4 futbolçusunu milli komandaya göndərən Ağdam təmsilçisi 1 günlük fasilədən sonra məşqlərə başlamışdı. Bu gün isə komanda şənbə günü qarşılaşacağı "Qəbələ ilə oyunun hazırlıqlarını tam heyətlə keçəcək. Səhər məşqindən sonra millidən dönən futbolçular artıq komandanın düşərgəsinə qoşulub.

Komandanın məşqi 17:30-da baş tutacaq. Məşq Suraxanı qəsəbə stadionunda keçiriləcək. "Qarabağ" sabah Bakıda sonuncu məşqini etdikdən sonra Quzanlıya yollanacaq. Daha bir məşq ertəsi gün Ağdamda baş tutacaq.

Bu arada "Qarabağ" daha bir üzücü xəbərlə qarşılaşıb. "Qəbələ" ilə oyunda daha bir futbolçunun oynamayacağı məlum olub. Amma bu dəfəki səbəb zədəylə bağlı deyil. Makedoniyalı futbolçu Nderim Nedzipinin övladı əməlliyat olunub. Bu səbəbdən 27 yaşlı yarımmüdafiəçi dərhal vətəninə yollanıb. Nedzipinin "Qəbələ" ilə oyuna yetişəcəyi gözlənilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə