İrlandiyanın Bakıya gətirəcəyi heyət məlum oldu

İrlandiyanın Bakıya gətirəcəyi heyət məlum oldu

İrlandiya milli komandasının Bakıda keçiriləcək boks üzrə dünya çempionatında mübarizə aparacağı heyət məlum olub. Siasport.az saytı xəbər verir ki, məşqçilər hələ ki, 64 kq çəki dərəcəsi ilə bağlı yekun qərara gələ bilməyiblər. Bu çəkidə Ankarada keçirilmiş son Avropa çempionatının qalibi Ray Moylette ilə İrlandiya çempionu Ross Hikey arasında sentyabrın 2-də əlavə döyüş keçiriləcək. Qalib İrlandiyanı Azərbaycan paytaxtında təmsil etmək hüququ qazanacaq. İrlandiya komandasının heyətində Pekin Olimpiya oyunlarının qalibi, 2010-cu ilin Avropa çempionu Paddi Barns (49 kq), dünya çempionatının bürünc mükafatçısı Con Co Nevin (56 kq), 2010-cu il Avropa çempionatının gümüş mükafatçısı Darren Onill (75 kq), Pekin Olimpiadasının gümüş medalçısı Ken Eqan (91 kq) kimi adlı-sanlı boksçular yer alıb. Qeyd edək ki, britaniyalılar hazırda milli komandamızla birgə İtaliyanın Assizi şəhərində təlim-məşq toplanışı keçirlər.

İrlandiya milli komandasının heyəti

49 kq – Paddi Barns

52 kq – Maykl Konlon

56 kq - Con Co Nevin

60 kq – Devid Oliver Coys

64 kq – məlum deyil

69 kq – Roy Şian

75 kq – Darren Onill

81 kq – Co Vard

91 kq – Ken Eqan

91+ kq – Kon Şinan

Bütün xəbərlər Facebook səhifəmizdə