\"Qarabağ\"la AZAL-ın oyunçuları Albaniya yığmasının heyətində Çernoqoriyaya qalib gəliblər

\"Qarabağ\"la AZAL-ın oyunçuları Albaniya yığmasının heyətində Çernoqoriyaya qalib gəliblər
Azərbaycan Premyer Liqasında top qovan üç futbolçu Albaniya yığmasının heyətində Çernoqoriyaya qarşı oynayıblar. Siasport.az saytı xəbər verir ki, oyun Albaniyanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Almaniya yığmasında Eryon Boqdani (33), Gilman Lika (64) və Hamdi Salihi (69) fərqlənib. Çernoqriyanın qollarına isə Stefan Saviç imza atıb (40, 47).
Albaniya yığmasının baş məşqçi Josip Kuje \"Qarabağ\"dan Ansi Aqoliyə və AZAL-dan Ervin Bulkuya start heyətində şans verib. Aqolini Elis Bakaj, Bulkunu Debatik Curri əvəzləyib. \"Qarabağ\"ın digər oyunçusu Admir Teli isə matçın gedişində komanda yoldaşını əvəzləyib.
Qeyd edək ki, \"Xəzər Lənkəran\"ın oyunçusu Elvin Beqiri bu oyuna dəvət almamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə