Akif İsmayılov: "Milli komanda təmir işlərilə əlaqədar olaraq Belçikayla oyundan sonra stadionda oynamayacaq"-AÇIQLAMA
"Stadionda təmir işləri başlayıb. Milli komandamız sentyabrın 2-də Belçika ilə qarşılaşacaq. Təmir işlərini elə tənzimləyəcəyik ki, oyuna maneçilik törədilməsin". Siasport.az saytı xəbər verir ki, bu sözləri Tofiq Bəhrəmov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.
İsmayılov millinin Belçika ilə oyundan sonra mərkəzi arenada oynamayacağını bildirib: "Belçika ilə oyundan sonra stadionda əsaslı təmir işləri başlayacaq. Ona görə də, UEFA-nın inspektoru əsaslı təmir işləri gedən stadionda milli komandaya oynamağa icazə verməz. Buna görə də milli komanda təmir işlərilə əlaqədar olaraq Belçikayla oyundan sonra stadionda oynamayacaq. Klublara gəlincə, çempionat oyunlarında buna icazə veriləcək. Sentyabr, həmçinin oktyabrın əvvəlinə kimi oynayacaqlar. Sonrasını dəqiq deyə bilmərəm, oynamağa imkan olacaq, ya yox. Çünki o vaxta qədər çalışacağıq ki, meydançaya əl dəyməyək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB